Azərbaycan səfirliyinin avtomobili Vilnüsün mərkəzində qəzaya düşüb
Litvanın paytaxtı Vilnüsdə ötən gün axşam saatlarında Azərbaycan səfirliyinə məxsus avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Litvanın "Delfi" nəşri yazıb.
Polisin məlumatına görə, hadisə saat 21:20-də A.Qoştauto küçəsində baş verib, "VW Golf" və "VW Passat" markalı avtomobillər toqquşub.
Qəzanın səbəbkarının diplomatik nömrəli "VW Passat" maşını olduğu müəyyən edilib.
Xoşbəxtlikdən qəzada xəsarət alan olmayıb.
Bu barədə Oxu.Az-a Azərbaycan Respublikasının Litva Respublikasındakı Səfirliyindən məlumat verilib.
Bildirilib ki, qəzanın səbəbləri ilə bağlı hazırda müvafiq təhqiqat aparılır və nəticəsi barədə məlumat təqdim ediləcək.
Qeyd edək ki, "VW Golf"un sürücüsü bildirib ki, dönmə zamanı "Passat" markalı avtomobil onun maşınına çırpılıb. "Passat" maşınında isə sərxoş olduğu güman edilən dörd nəfər olub.
Şahidlərin sözlərinə görə, onlardan biri maşını idarə etmiş ola bilərdi, lakin sonradan sərnişin oturacağına keçib.
Polis iddia edir ki, mümkün şübhəli sürücüdə 1.4 promil alkoqol qeydə alınıb. O və digər sərnişin diplomatik toxunulmazlığı əsas gətirərək ayıqlıq testindən imtina ediblər.
Həmçinin məlum olub ki, "VW Golf"un sükanı arxasında yetkinlik yaşına çatmayan şəxs olub. Xoşbəxtlikdən azyaşlı xəsarət almayıb.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda 15 marşrut xəttinin fəaliyyəti dayandırılır
Payız-qış mövsümü ilə bağlı qrip əleyhinə vaksinasiyaya başlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
AFFA Region Liqasına yeni formatda start verilib
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır













