Pakistanlı jurnalist Ağdam Cümə məscidində azan verdi
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov pakistanlı jurnalist, geosiyasi analitik Malik Ayub Sumbal ilə görüşüb.
Far.Az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, qonağı səmimi salamlayan komitə sədri jurnalistin beynəlxalq ictimaiyyətin doğru məlumatlandırılması, Azərbaycanla bağlı dezinformasiyaların qarşısının alınması istiqamətdəki peşəkar fəaliyyətini yüksək qiymətləndirib. Torpaqlarımızın Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qətiyyəti ilə işğaldan azad edildiyini xatırladan sədr xarici qonaqların, xüsusən müsəlman ölkələrinin vətəndaşlarının dini və mədəniyyət abidələrinə qarşı erməni vandalizminin nəticələri ilə tanış olmasını Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm addım kimi qeyd edib.
Səmimi qəbula görə təşəkkürünü bildirən Malik Ayub Sumbal öz növbəsində Qarabağa səfərindən danışıb, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılmasının sevindirici hal olduğunu söyləyib. Görüş zamanı jurnalist gələcəkdə də xarici mediada Azərbaycanın haqq səsinin daha geniş şəkildə işıqlandırılması, ölkəmiz haqqında obyektiv məlumatların yayılması və Ermənistanın təxribatlarının ifşa olunması istiqamətində fəaliyyətini davam etdirəcəyini bildirib.
Qeyd edək ki, Malik Ayub Sumbal "Tovuzdan Qarabağa" adlı kitabın müəllifidir. Kitabda Azərbaycanın son 30 illik tarixindən söz açılıb, Cənubi Qafqazda mövcud geosiyasi vəziyyət təhlil edilib. Nəşr 44 günlük Vətən müharibəsindən sonra bu mövzuda yazılan ilk kitablardandır.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Səbinə Əliyeva: Mina problemi fundamental insan hüquqlarının kobudcasına pozulmasıdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
-
Sabah Bakıda bu ərazilərdə su olmayacaq
-
ABŞ HDQ-nin üçüncü təyyarədaşıyan gəmisi Yaxın Şərqə gəlib
-
Türkiyədə bir neçə ev yanıb, zərərçəkənlər var













