Həccə getmək istəyənlərin DİQQƏTİNƏ! Səudiyyə Ərəbistanından yeni tələb
Far.Az xəbər saytı

Həccə getmək istəyənlərin DİQQƏTİNƏ! Səudiyyə Ərəbistanından yeni tələb


Səudiyyə Ərəbistanı çərşənbə günündən etibarən iş icazəsi, Məkkəyə aid yaşayışı təsdiq edən arayış və ya etibarlı Həcc vizası olmayan əcnəbilərin Məkkəyə girişini qadağan edəcək.

BAKU.WS xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Əl-İhbariyyə telekanalının yaydığı açıqlamada bildirilib ki, Məkkəyə giriş üçün yalnız iş icazəsi, Məkkəyə qeydiyyatlı yaşayış icazəsi və ya etibarlı Həcc icazəsi olan şəxslərə qadağa tətiq olunmayacaq.

Daxili İşlər Nazirliyi bu qərarla Məkkəyə giriş-çıxışları nizamlamağı, yalnız rəsmi icazəli şəxslərin şəhərdə olmasını və hacıların təhlükəsizliyinin təmin olunmasını hədəflədiklərini bildirib.

Digər tərəfdən, Səudiyyə Ərəbistanının Həcc Nazirliyi Həcc ibadətini yerinə yetirmək istəyənləri saxta elanlara və fırıldaq təkliflərə qarşı ehtiyatlı olmağa çağırıb. Qeyd olunub ki, yalnız rəsmi kanallar vasitəsilə müraciət etməklə Həcc ziyarəti mümkündür.

Nazirlik həmçinin bildirib ki, Həcc vizası yalnız səlahiyyətli qurumlar tərəfindən verilir və bu proses 80 ölkədə müəyyən olunmuş rəsmi ofislərlə koordinasiyalı şəkildə həyata keçirilir.

Oxşar xəbərlər

Həcc ziyarətinə getmək istəyənlərin NƏZƏRİNƏ - Xəbərdarlıq edildi
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Türkiyə qeydiyyatlı avtomobillər 10 ayda Azərbaycanda ən çox qəza törədib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər