Aktrisa Sofi Nayvayd 24 yaşında vəfat edib
Far.Az xəbər saytı

Aktrisa Sofi Nayvayd 24 yaşında vəfat edib


Amerikalı kino və serial aktrisası Aktrisa Sofi Nayvayd 24 yaşında vəfat edib. O, 25 yaşına az qalmış dünyasını dəyişib.

Far.Az xəbər verir ki, bu barədə mərhumun ailəsinin yaydığı açıqlamaya istinadən The Hollywood Reporter (THR) portalı məlumat yayıb. Bildirilib ki, aktrisa aprelin 14-də vəfat edib.

Qeyd edək ki, Sofi Nayvayd 2000-ci il iyulun 8-də ABŞ-nin Vermont ştatında anadan olub. O, ekran karyerasına cəmi 6 yaşında - "Bella" adlı melodramda debüt rolu ilə başlayıb.

Gənc aktrisanın filmografiyasında ondan çox layihə yer alıb. O, xüsusən "Cessika Alba" ilə birgə rol aldığı "Gizli işarə" filmində anası xərçəngdən ölən qızı canlandırması ilə tanınıb.

Bundan əlavə, Nayvayd "Mamoт", "Nuh", "Marqo toyda", "Qanun və qayda" kimi filmlərdə və seriallarda da çıxış edib.

Tənqidçilər Sofi Nayvayda parlaq ekran gələcəyi proqnozlaşdırırdı. Onun vaxtsız ölümü sənət dünyasında dərin kədər doğurub.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər