Saratovda alkoqol satışı qaydaları sentyabrın 1-dən sərtləşdiriləcək
Far.Az xəbər saytı

Saratovda alkoqol satışı qaydaları sentyabrın 1-dən sərtləşdiriləcək


Rusiyanın Saratov vilayətində 2025-ci il sentyabrın 1-dən etibarən pərakəndə alkoqol satışına dair qaydalar sərtləşdiriləcək.

Far.Az xəbər verir ki, bu barədə vilayət parlamentinin mətbuat xidməti məlumat yayıb.

Müvafiq qanun layihəsi vilayət dumasının növbəti iclasında deputatlar tərəfindən qəbul olunub və 1 sentyabr 2025-ci ildən qüvvəyə minəcək.

Yeni qaydalara əsasən, kütləvi tədbirlərdən iki saat əvvəl, tədbir zamanı və ondan sonra bir saat müddətində alkoqol satışı qadağan ediləcək.

Bundan əlavə, girişləri yaşayış binalarının blokları tərəfindən olan mağazalarda spirtli içkilərin satışı tamamilə qadağan ediləcək. Həmin mağazalarda həmçinin pivə, sidr və şərab kimi içkilərin qablaşdırılmış şəkildə satışı da mümkün olmayacaq.

Layihənin müəlliflərindən biri olan deputat İrina Kolesnikovanın sözlərinə görə, təklif olunan məhdudiyyətlər spirtli içki qəbulundan qaynaqlanan hüquq pozuntularının azalmasına və alkomarketlərin sayının azaldılmasına yönəlib. 

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Həkim alkoqolsuz pivə və şərabın təhlükələri barədə xəbərdarlıq etdi
Nazir bölgələrdə fəaliyyət göstərən şərab istehsalı və quşçuluq müəssisələri ilə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər