Azercell audiokitabları hər kəs üçün əlçatan edir!
Lider mobil operator "Audiokitab" layihəsi çərçivəsində ərsəyə gələn kitabları "Kitabların Səsi" adlı vahid platformada təqdim edir
Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə "Azercell Telekom" MMC illər ərzində ərsəyə gətirdiyi audiokitabları rəsmi veb-saytında yeni yaradılmış "Kitabların Səsi" adlı bölmədə yerləşdirib.
Platformada audioformatda hazırlanmış Nizami Gəncəvinin 100-dən çox əsəri, İmadəddin Nəsiminin qəzəlləri, "Koroğlu" dastanının 10 qolu, Qarabağdan olan yazıçıların ədəbi nümunələri, Ümummilli Lider Heydər Əliyevin sevdiyi əsərlər, eləcə də komikslər və podkastlar təqdim olunur. İstifadəçilər platformada seçdikləri kitabın üzərinə kliklədikdə avtomatik olaraq Azercell-in "YouTube" kanalında yerləşdirilmiş müvafiq məzmuna yönləndirilirlər.
2017-ci ildən etibarən həyata keçirilən " Audiokitab" layihəsi Azercell-in milli-mədəni irsimizin qorunmasına və ana dilimizdə rəqəmsal məzmunun inkişafına verdiyi töhfənin bir hissəsidir.
Səhifəyə keçid: Kitabların səsi | Məşhur tətbiqlər sərfəli abunəlik şərtlərilə
Oxşar xəbərlər
Varis: Bu gün əlinə qələm alan jurnalistikaya və ədəbiyyata gəlir - MÜSAHİBƏ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
Azercell mülki müdafiə sahəsində təşəbbüslərini genişləndirir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“PAŞA Sığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
-
UEFA Millətlər Liqası: Türkiyə İtaliyaya böyük hesabla uduzub, Fransa Belçikaya qalib gəlib
-
Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI
-
Tramp "Axios"un İranla bağlı məlumatını təkzib edib
-
Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsinin sədri saxlanıldı
-
Leyla Əliyeva Romada "Harmoniya" sənədli filminin təqdimatında iştirak edib













