Seysmoloq İstanbulda 6.2 bal gücündə zəlzələ olacağını 20 gün əvvəl deyib
Far.Az xəbər saytı

Seysmoloq İstanbulda 6.2 bal gücündə zəlzələ olacağını 20 gün əvvəl deyib


Türkiyəli seysmoloq Şener Üşümezsoyun ötən gün İstanbulda yaşanan zəlzələnin 20 gün əvvəl proqnozunu verdiyi ortaya çıxıb.

Far.Az xəbər verir ki, professor açıqlaması zamanı "Kumburgaz və Silivridə 6.0 - 6.5 gücündə zəlzələ ola bilər. Bu səbəbdən diqqətli olmaq lazımdır. Elə də böyük zəlzələ olacağı gözlənilmir"- deyə bildirib. 

Seysmoloq qatıldığı proqramda məhs bu iki bölgəyə diqqət çəkib. 

Professor ötən gün yaşana zəlzələdn sonra da danışıb. O qeyd edib ki, artıq Mərmərə dənizi ətrafında zəlzələ olmayacaq. Bu kiçik afterşoklar ola bilər. 

"Başqa zəlzələ riski yoxdur. Mərmərədə zəlzələlər bitdi" - deyə Şener Üşümezsoy qeyd edib. 

Xatırladaq ki, bu gün Türkiyədə zəlzələ qeydə alınıb. Bu barədə Fövqəladə Halların İdərə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, zəlzələ 3,9 bal gücündə olub. Yerin 6,99 km dərinliyində yerləşib. Daha sonra İstanbulda 6, 2 maqnitudalı ikinci zəlzələ baş verib.

Zəlzələ 10 saniyə davam edib. 

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ali Yerlikayadan zəlzələ ilə bağlı İLK AÇIQLAMA
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər