Azyaşlının sükan arxasına keçməsi faciə ilə nəticələndi
Far.Az xəbər saytı

Azyaşlının sükan arxasına keçməsi faciə ilə nəticələndi


Ötən gün saat 23:00 radələrində yetkinlik yaşına çatmayan Şəki rayon sakini atasına məxsus "VAZ" markalı avtomobili avtomagistralda idarə edərkən yüksək sürət və kəskin manevr nəticəsində idarəetməni itirərək qarşıdan gələn "Mercedes" markalı avtomobillə toqquşub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Far.Az-ə verilən məlumata görə, zərbənin təsirindən "VAZ" markalı avtomobil yoldan çıxaraq aşıb. Hər iki sürücü xəsarət alıb, avtomobillərə ciddi ziyan dəyib.

"Təəssüf ki, bəzən valideynlər avtomobilin sükanını bir müddət azyaşlı övladlarına həvalə etməklə artıq onların bu məsuliyyətli işin öhdəsindən gəldiklərini zənn edir, lakin yol hərəkəti qaydalarından xəbərsiz olan, mükəmməl sürmə vərdişlərinə yiyələnməyən azyaşlıların ekstremal vəziyyətlərdə aciz qalacaqlarını, özlərinin və doğmalarının arzularını yarıda qoya biləcəklərini unudurlar.

Baş Dövlət Yol Polisi İdarəsi avtomobili azyaşlı övladlarına etibar edən valideynlərə müraciət edərək onlara bu əməlin kobud qayda pozuntusu olduğunu bildirir, eyni zamanda bu yanlış addımın ağır faciələrə səbəb ola biləcəyini bir daha xatırladır!", - deyə DİN-dən bildirilib.

Oxşar xəbərlər

DYP azyaşlı övladlarına avtomobil həvalə edən valideynlərə xəbərdarlıq edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Yol polisi avtomobilini azyaşlı övladlarına həvalə edən valideynlərə müraciət edib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər