Alkoqol ala bilməyən kişi mağazanı partlatmaqla hədələdi
Far.Az xəbər saytı

Alkoqol ala bilməyən kişi mağazanı partlatmaqla hədələdi


Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsində yerləşən Nadım şəhərində bir kişi gecə saatlarında ona alkoqol satılmadığı üçün mağazanı partlatmaqla hədələyib.

BAKU.WS ura.ru-ya istinadən xəbər verir ki, hadisə 23 aprel tarixində baş verib. Satıcı gecə alkoqol satmaqdan imtina etdikdən sonra o, səhər saatlarında yenidən həmin mağazaya qayıdıb. Spirtli içki qəbul etmiş vəziyyətdə mağazaya gələn kişi satıcılarla mübahisə edib. Təhlükəsizlik əməkdaşları onu çölə çıxarmağa məcbur olduqları zaman, o, binanı partladacağını bildirib.

Dərhal əraziyə polis əməkdaşları çağırılıb. Onlar mağazanı və ətrafı yoxlasalar da, heç bir partlayıcı qurğu aşkarlanmayıb. Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan şəxs barəsində inzibati protokol tərtib olunub.

Oxşar xəbərlər

Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər