İsveçrə keçmiş prezidentin qızına məxsus 95 milyon dolları Özbəkistana qaytarıb
Far.Az xəbər saytı

İsveçrə keçmiş prezidentin qızına məxsus 95 milyon dolları Özbəkistana qaytarıb


Özbəkistan, birinci prezident İslam Karimovun qızı Gülnara Karimovaya məxsus dondurulmuş aktivlərdən 95 milyon dolları İsveçrədən geri alıb.

BAKU.WS xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb.

Məlumatı Özbəkistanın iqtisadiyyat və maliyyə nazirinin müavini Otabek Fazilkarimov təsdiqləyib.

Fazilkarimovun sözlərinə görə, ümumilikdə 131 milyon dollarlıq tranşın bir hissəsi olan bu vəsait artıq Özbəkistana qaytarılıb.

O əlavə edib ki, hazırda Belçikadan da vəsaitlərin geri qaytarılması istiqamətində işlər aparılır:

"Söhbət 108 milyon dollardan gedir. Bu məsələyə dair əlavə məlumatı sonra təqdim edəcəyik".

Qeyd edək ki, Gülnara Karimova 1989–2016-cı illərdə Özbəkistana rəhbərlik etmiş İslam Karimovun böyük qızıdır. Hazırda o, Özbəkistanda həbsdədir. 2015-ci ildə məhkəmə onu hədə-qorxu ilə pul tələb etmə və vergidən yayınma ittihamı ilə beş il müddətinə azadlıqdan məhrum etmişdi. 2017-ci ildə cəzası daha beş il artırılıb və 2019-cu ilə qədər ev dustaqlığında olub. 2020-ci ildə isə onu yenidən hədə-qorxu və mənimsəmə ittihamları ilə 13 il 4 ay müddətinə azadlıqdan məhrum ediblər.

2020-ci ildə İsveçrə, Kərimovaya qarşı çirkli pulların yuyulması işi çərçivəsində müsadirə edilmiş vəsaitlərin qaytarılması üçün Özbəkistanla razılaşma imzalayıb. Özbəkistan Prokurorluğu həmçinin, birinci prezidentin qızının ölkədən çıxardığı milli və tarixi sərvətlərin geri qaytarılmasına çalışır.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Özbəkistanın mədəniyyət naziri: Xalqlarımızı birləşdirən fundamental dəyər mədəniyyətdir - MÜSAHİBƏ
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Azərbaycanla Özbəkistan arasında 12 sənəd imzalanıb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər