Avroviziya 2025-in finalında xalları Safurə açıqlayacaq
69-cu Avroviziya Mahnı Müsabiqəsinin final mərhələsində Azərbaycan adından xalları məşhur ifaçı Safura Əlizadə elan edəcək.
"Report" xəbər verir ki, müsabiqənin ən həyəcanlı anlarından biri sayılan xalvermə mərasimində Safura Azərbaycan münsiflərinin səslərini canlı yayımda təqdim edəcək.
Safuranın bu dəfə xal təqdimatçısı qismində Avroviziya səhnəsinə qayıdışı onun bu müsabiqə ilə bağlarını və sənət yolunda sabitliyini nümayiş etdirir. Qeyd edək ki, bu, Safuranın bu rolda ilk çıxışı deyil – o, 2010 və 2012-ci illərdə də Azərbaycan adından xalları təqdim etmişdi.
Xatırladaq ki, Safura 2010-cu ildə Norveçin Oslo şəhərində keçirilən 55-ci Avroviziya Mahnı Müsabiqəsində "Drip Drop" adlı mahnısı ilə 5-ci yerə layiq görülmüşdü.
Bu il müsabiqə İsveçrənin Bazel şəhərində keçirilir və Azərbaycanı "Mamagama" qrupu "Run with u" mahnısı ilə təmsil edir. Final mərhələsi 17 may 2025-ci ildə keçiriləcək və milyonlarla tamaşaçı bu həyəcanlı anlara canlı şahid olacaq.
Oxşar xəbərlər
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib
-
Tramp: İrana silah tədarükünü bloklamaq üçün "Iron Gate" İşçi Qrupu yaradılıb













