Balakəndə selə qarşı mübarizə tədbirləri aparılır
Balakəndə sel və daşqınlara qarşı mübarizə tədbirlərinə başlanılıb.
Far.Az report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan Balakən Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən bildirilib.
Bildirilib ki, Balakən Respublikanın sıx çay şəbəkələrinə malik olan bölgələrindən biridir. Bu çaylardan əksəriyyəti, Mazımçay, Katexçay, Balakənçay, Dəliçay, Himbul, İnterçay və s. dağ çaylarıdır. Mövsümlə əlaqədar olaraq həmin çaylar daşaraq ətrafdakı kəndlərə,əkin sahələrinə yarada biləcəyi təhlükələrdən müdafiə etmək məqsədi ilə məcra təmizləmə və sahil bərkitmə işləri aparılır.
Bu məqsədlə idarənin balansında 22 828 p/m uzunluqda bəndlər mövcuddur. Ondan 11 911 p/m Balakənçay sistemində, 4 480 p/m, Katexçay sistemində, 6 437p/m isə Mazımçay sistemindədir. 2025-ci ilin 3 ayı ərzində Balakənçay çayının sağ sahilində Hənifə kəndini mühafizə edən daş-beton bəndində 300 m3 həcmində cari təmir işləri görülüb. Balakənçay çayının sol sahilində Beçağarbinə kəndini, Katexçay çayının sağ sahilində Katex kəndini və Mazımçay çayının sağ sahilində Poçtbinə kəndini sel sularından mühafizə etmək üçün daş-beton bəndlərində hazırlıq işlərinə başlanılıb.
Qeyd edək ki, 2025-ci ilin 3 ayı ərzində ayrı-ayrı çaylarda məcra tənzimləmə işlərinin görülməsi idarə tərəfindən həyata keçirilib. Texnikalar vasitəsilə ümumilikdə 122,4 min kubmetr tənzimləmə işləri görülüb.
Qalereya
Oxşar xəbərlər
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
AFFA Region Liqasına yeni formatda start verilib
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır













