Yaponiyada bu infeksiyaya yoluxanların sayı artır
Far.Az xəbər saytı

Yaponiyada bu infeksiyaya yoluxanların sayı artır


Yaponiyada qızılca infeksiyasına (Measles morbilivirus) yoluxanların sayı artır. 

BAKU.WS xəbər verir ki, Yaponiya Sağlamlıq İnstitutu 2025-ci il başlayandan artıq 78 nəfərin bu infeksiyaya yoluxduğunu bildirib. 

Mütəxəssislər yayılan infeksiyanın vətəndaşlara əcnəbilərdən keçdiyini ehtimal edir.

Qızılca infeksiyasının (Measles morbilivirus) müalicəsi yoxdur. 

Qızılca infeksiyası çox yoluxucu bir virusdur. Daha çox uşaqlara təsir edir. Paramyxoviridae ailəsinə aid olan qızılca virusu tənəffüs yolu ilə yoluxur və yoluxmuş bir şəxsin öskürməsi ilə başqalarına ötürülür.

Qızılca dünyada geniş yayılmış bir xəstəlikdir və xüsusilə peyvənd olunmamış şəxslər arasında sürətlə yayıla bilər.

Bu infeksiyanın əlamətləri virusa məruz qaldıqdan 10-14 gün sonra ortaya çıxır.

İlk əlamətlər arasında yüksək temperatur, burun axması, öskürək və gözlərdə qırmızılıq kimi qripə bənzər simptomlar var.

Bu infeksianın qırmızı səpkiləri qulaqların arxasında başlayır və üzə, boyuna, qollara, bacaklara və bədənin digər hissələrinə yayılır.

Qızılca, xüsusən də immun sistemi zəif olan şəxslərdə ciddi problemlərə səbəb ola bilər. Bunlara pnevmoniya, ensefalit və korluq kimi ciddi xəstəliklər daxildir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər