Bu gün Xalq artisti Əminə Dilbazinin anım günüdür
Bu gün Xalq artisti Əminə Dilbazinin anım günüdür.
Əminə Paşa qızı Dilbazi 26 dekabr 1919-ci ildə Qazaxda anadan olub. Məşhur bəstəkar, Azərbaycan Xalq artisti Cövdət Hacıyevin həyat yoldaşı, Şairə Mirvarid Dilbazinin bacısı, bəstəkar-dirijor İsmayıl Hacıyevin anasıdır.
O, 1935-ci ildə ilk dəfə səhnəyə çıxaraq Üzeyir Hacıbəyovun bəstələdiyi "Kolxoz çölləri" mahnısını ifa edib.
Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Dövlət Rəqs ansamblının solisti (1936-1939), sonralar isə rəqs qrupunun rəhbəri olub.
1959-cu ildə Azərbaycan Tibb İnstitutunun yaratdığı "Çinar" tələbə rəqs kollektivinə rəhbərlik edib. 1967-ci ildə "Sevinc" qızlar ansamblını yaradıb. 1949-cu ildən Xoreoqrafiya Məktəbində pedaqoji fəaliyyət göstərib. 1957-ci ildə Moskvada tələbə və gənclərin 6-cı ümumdünya festivalında qızıl medala layiq görülüb.
Əminə Dilbazi bir çox filmlərdə rəqslərə quruluş verib. Onun oynadığı "İnnabı", "Tərəkəmə", "Vağzalı", "Turacı", "Naz eləmə" rəqsləri xüsusilə məşhurdur.
Repertuarına rus rəqsləri, ukrayna rəqsləri, özbək rəqsləri, ərəb rəqsləri də daxil olan Əminə Dilbazi "Leyli və Məcnun" operasında, "Arşın Mal Alan" və "O olmasın, bu olsun" komediyaları və sair əsərlərdə də rəqslərə quruluş verib.
Əminə Dilbazi 2010-cu il aprelin 30-da Bakıda vəfat edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bu gün maestro Niyazinin doğum günüdür
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sürücü skuterə görə ana ilə uşağını avtobusdan düşürdü - Tədbir görüləcək
-
ABŞ Mərkəzi Asiya ölkələri ilə ticarət məhdudiyyətlərini aradan qaldıra bilər
-
Avtovağzal Kompleksi yaxınlığında su borusunda qəza - Aidiyyəti qurum hərəkətə keçdi
-
Hüquqşünas alimə cinayət işi açıldı
-
FHN əlilliyi olan şəxslər üçün maarifləndirmə tədbiri keçirib
-
Azərbaycanda tikinti sektorunda qiymət sabitliyi iyunda da qorunub













