Xalq artisti Aqşin Əlizadənin vəfatından 11 il ötür
Bu gün Xalq artisti Aqşin Əlizadənin anım günüdür. Onun vəfatından 11 il ötür.
Aqşin Əliqulu oğlu Əlizadə 1937-ci il mayın 22-də Bakıda anadan olub.
Azərbaycan Dövlət Konservatoriyasında Cövdət Hacıyevin bəstəkarlıq sinfini bitirib.
Tələbə vaxtı yazdığı sonata Gənc Bəstəkarların I Ümumittifaq Müsabiqəsində I dərəcəli diploma, sonra yazdığı Birinci simfoniya "Zaqafqaziya Baharı" festivalında I dərəcəli diploma layiq görülüb. "Bayatılar" əsəri Azərbaycan musiqisində özünəməxsus eksperiment olaraq monodik xarakteri ilə diqqəti cəlb edir.
Aqşin Əlizadənin yaradıcılığının ümumi cəhətləri virtuoz etnoqrafizm, dərin fəlsəfi ümumiləşdirmə, emosional genişlik, konstruktivlik, şərqsayağı əlvan dekor və ciddi forma mütənasibliyidir.
Əsas əsərləri "Babək" baleti, "Qafqaza səyahət" baleti, "Ümid valsı" baleti, 5 simfoniya, xor üçün "Bayatılar", "Təntənə", "Azərilər" kantatası, "Ana torpaq", "Qədim lay-lay", kamera orkestri üçün "Pastoral", "Aşıqsayağı", "Cəngi", "Kənd suitasi", "Uşaq süitasi", fortepiano üçün sonata, "Dastan", "Qədim oyunlar", "Portret", xoreoqrafiq simfoniya və başqalarıdır.
50-dən artıq bədii film, cizgi filmi, tamaşaya musiqi yazıb. Xalq artisti Aqşin Əlizadə 2012-ci ilin mayın 21-də "Şərəf" ordeni ilə təltif olunub.
Aqşin Əliqulu oğlu Əlizadə 2014-cü ilin mayın 3-də Bakıda vəfat edib. O, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin bacısı Bikə xanımın oğludur. Bəstəkar Əli Əlizadənin atasıdır.
Oxşar xəbərlər
Özbəkistanın mədəniyyət naziri: Xalqlarımızı birləşdirən fundamental dəyər mədəniyyətdir - MÜSAHİBƏ
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
Bu gün maestro Niyazinin doğum günüdür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb
-
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
-
"Valensiya"nın ümumi borcu 592,8 milyon avroya çatıb
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək













