KİV: Aİ-nin 17-ci anti-Rusiya sanksiyalar paketinə 54 fiziki şəxs və 14 şirkət daxil edilə bilər
Far.Az xəbər saytı

KİV: Aİ-nin 17-ci anti-Rusiya sanksiyalar paketinə 54 fiziki şəxs və 14 şirkət daxil edilə bilər


Avropa Komissiyası Rusiyaya qarşı 17-ci sanksiyalar paketi çərçivəsində 54 fiziki şəxsi, 14 şirkəti və 149 tankeri qara siyahıya daxil etmək niyyətindədir.

Far.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Brüssel portalı "EUObserver" Avropa Komissiyasının mayın 6-da Aİ ölkələrinə göndərdiyi təklifə istinad edərək bildirib.

Daha əvvəl "Bloomberg" agentliyi eyni sənədlərə söykənərək 60 hüquqi və fiziki şəxs və 150 tanker barədə məlumat vermişdi. Eyni zamanda, hər iki məqalə Aİ Şurasında birlik ölkələri ilə sanksiyaların razılaşdırılmasından sonra yekun rəqəmlərin "dəyişə biləcəyini" qəbul edir.

Avropa KİV qeyd edir ki, yeni sanksiyalar paketi heç bir yeni struktur ticarət və ya iqtisadi məhdudiyyətlər ehtiva etmir, çünki Avropa Komissiyası onu mümkün qədər tez təsdiqləməyə çalışır və razılaşdırılması zamanı hər hansı gecikmələrdən qaçınmağa səy göstərir.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Azərbaycan QHT-ləri ABŞ və Avropa İttifaqının məsul qurumlarının rəhbərlərinə açıq məktub göndərib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər