SOCAR karbohidrogen ehtiyatlarının idarə olunmasında yeni mərhələyə start verib
Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) həyata keçirilən transformasiya layihəsi çərçivəsində karbohidrogen ehtiyatlarının idarə olunmasında yeni bir mərhələyə start verilib.
Bu barədə BAKU.WS-ə SOCAR-dan məlumat verilib.
Bildirilib ki, bu istiqamətdə SPE/PRMS standartlarına keçid prosesinə başlanılıb.
Layihənin iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. Belə ki, birinci mərhələ – keçid dövrü ərzində 22 əsas yataqda SPE/PRMS sisteminə uyğun idarəetmə modeli tətbiq ediləcək, ikinci mərhələdə digər yataqların bu sistemə inteqrasiyası həyata keçiriləcək. Pilot layihədə isə "Qərbi Abşeron" yatağında daxili resurslar hesabına SPE/PRMS standartlarına uyğun ehtiyat hesablaması aparılacaq.
Bu məqsədlə, "upstream" sahəsində çalışan bir sıra SOCAR əməkdaşı beynəlxalq şirkət tərəfindən təşkil olunan xüsusi təlim proqramlarını uğurla tamamlayıb.
Bununla yanaşı, ehtiyatların hesablanmasını icra edən əməkdaşlar üçün "Neftqazelmitədqiqatlayihə" İnstitutunda təşkil olunacaq təlimlərin açılış mərasimi keçirilib. Tədbirdə çıxış edən SOCAR-ın vitse-prezidenti Arzu Cavadova transformasiya layihəsinin strateji əhəmiyyətindən danışıb, ehtiyatların idarə olunmasının mərkəzləşdirilmiş qaydada aparılmasının vacibliyini vurğulayıb.
Qalereya
Oxşar xəbərlər
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
İstanbul hava limanında sərnişinin baqajından 12,8 kq narkotik aşkarlanıb
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb













