"Oğluma atasız qız almaram" deyən Nigar Fərhad bloqeri məhkəməyə verdi
Azərbaycanın "Kanal S" telekanalının sabiq aparıcısı, "Oğluma atasız qız almaram" deməklə gündəmə gələn Nigar Fərhad (Əliyeva) bloqeri məhkəməyə verib.
Far.Az Oxu.az-a istinadən xəbər verir ki, Nigar Fərhad bloqer Ayan Əliyevadan məhkəməyə şikayət edərək bildirib ki, adıçəkilən bloqer onun şərəf və ləyaqətini təhqir edib, ona böhtan atıb. N.Fərhad həmin şəxsin məsuliyyətə cəlb edilməsini xahiş edib.
Şikayət üzrə məhkəmə prosesi keçirilsə də, şikayət əsassız olduğundan təmin edilməyib.
Xatırladaq ki, "Kanal S" telekanalının aparıcısı Nigar Fərhadın verilişdə "Mən oğluma atasız qız almaram" deməsi ictimai narazılığa səbəb olmuşdu. Sosial şəbəkələr aparıcının xalqdan üzr istəməsini tələb edib, Audiovizual Şuranın qərarı ilə kanalın fəaliyyəti bir günlük dayandırılıb, həmin veriliş isə bağlanıb.
Bu prosesdən sonra Ayan Əliyeva adlı bloqer "Instagram" sosial şəbəkə hesabında Nigar Fərhadı kəskin tənqid edib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Audiovizual Şura ilə Mərakeşin Audiovizual Kommunikasiyalar üzrə Ali Qurumu arasında memorandum imzalanıb
Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
MAXE-dən dəhşətli hərəkət: dörd qadını yatağa saldı, pullarını aldı, onları videoya çəkdi – TƏFƏRRÜAT
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
ABŞ Nümayəndələr Palatası Pit Heqsetin impiçmenti təşəbbüsünü bloklayıb
-
Yaponiyanın müdafiə naziri seçkilərdə Takaiçini dəstəkləyəcək
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!













