BP-nin səhmləri mümkün satınalma ilə bağlı yayılan şayiələr fonunda bahalaşıb
Far.Az xəbər saytı

BP-nin səhmləri mümkün satınalma ilə bağlı yayılan şayiələr fonunda bahalaşıb


Böyük Britaniyanın neft-qaz şirkəti "BP"nin səhmləri "Financial Times"ın bir sıra rəqiblərin şirkəti mümkün satınalma ehtimalı ilə bağlı ilkin hesablamalar aparması barədə məlumat yaymasından sonra mayın 9-da bir qədər bahalaşıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, FT-nin mənbələri sövdələşmədə "Shell", "Chevron", "ExxonMobil", "TotalEnergies" kimi enerji nəhənglərinin, eləcə də BƏƏ-nin milli neft şirkəti "ADNOC"un maraqlı olduğunu bildiriblər.

Bundan əlavə, qeyd olunur ki, "Vitol" ticarət evi BP-nin ayrı-ayrı aktivlərini almaqda maraqlı ola bilər.

Bu xəbərlərin fonunda şirkətin səhmləri Qrinviç vaxtı ilə 07:26-ya olan məlumata görə, 1,9 % artıb. Halbuki son 12 ayda səhmlər təxminən 28 % ucuzlaşmışdı.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Niderland məhkəməsi COP29 fonunda “Shell”in istixana qazı tullantıları ilə bağlı qərar verəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər