Yaqut Müseyiblinin səs yazısı yayıldı: Araşdırma BAŞLANILDI
Far.Az xəbər saytı

Yaqut Müseyiblinin səs yazısı yayıldı: Araşdırma BAŞLANILDI


Sosial şəbəkələrdə Bakı şəhərində yerləşən 207 nömrəli tam orta məktəbin direktoru Yaqut Müseyibliyə məxsus olduğu iddia edilən səs yazısı yayılıb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, iddialara görə səs yazısında o, "Son zəng" üçün pul yığılmasını tələb edir və pul verməyən şagirdlərin tədbirdə iştirakına icazə verilməyəcəyini qeyd edir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib ki, paytaxtdakı 207 nömrəli tam orta məktəbdə "Son zəng" tədbirinə görə məktəb direktoru tərəfindən vəsaitin tələb olunmasına dair iddialarla bağlı araşdırma aparılacaq.

"Tədbirin təşkilinə dair Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq təlimatı məktəb rəhbərinin nəzərinə çatdırılıb, tədbirin keçirilməsi ilə bağlı tələblərə əməl olunması barədə aidiyyəti tapşırıqlar verilib.

Aparılan araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək", - məlumatda qeyd edilib.

Oxşar xəbərlər

BŞTİ: 207 nömrəli məktəbdə "Son zəng" tədbiri ilə bağlı vəsaitin yığılması iddiaları araşdırılacaq
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda 6 məktəb əsaslı təmirlə bağlı köçürülüb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Payız-qış mövsümü ilə bağlı qrip əleyhinə vaksinasiyaya başlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər