Qurban Qurbanov: "Sabah meydanda əlimizdən gələni etməyə çalışacağıq"
"Futbolçularım karyeralarının ən yaxşı oyununu göstərməlidirlər. Komandam oyuna pis hazırlaşmayıb. Demək olar ki, hər şey qaydasındadır”.
Far.Az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Xorvatiya təmsilçisi "Dinamo"ya (Zaqreb) qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan öncə baş tutan mətbuat konfransında deyib.
xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda Xorvatiyanın “Dinamo” (Zaqreb) klubuna qarşı keçiriləcək cavab oyunundan öncə təşkil olunmuş mətbuat konfransında deyib.
52 yaşlı mütəxəssis ilk matçdakı məğlubiyyətə baxmayaraq, mərhələni keçəcəklərinə inamın böyük olduğunu bildirib: “Sabah meydanda əlimizdən gələni etməyə çalışacağıq. İstərdik ki, azarkeşlərimiz oyundan razı qalsınlar”.
Qeyd edək ki, avqustun 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Dinamo” görüşü saat 20:45-də başlayacaq. İlk matçda Ağdam təmsilçisi 0:3 hesabı ilə uduzub.
Far.AzOxşar xəbərlər
UEFA Çempionlar Liqası: "Qarabağ" "Dinamo"ya məğlub olub - YENİLƏNİB - 6
UEFA Çempionlar Liqası: "Qarabağ" üçüncü qolu qapısında görüb - YENİLƏNİB - 5
UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - YENİLƏNİB - 8
Qurban Qurbanov: Çox istəyirik ki, qrup mərhələsinə vəsiqə əldə edək
"Dinamo Zaqreb"in dünya futboluna bəxş etdiyi ULDUZLAR - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ceyhun Bayramov Banqkokda səfərdədir
-
Ceyhun Bayramov Tailandın Baş naziri Anutin Çarnvirakul ilə görüşüb
-
İlham Əliyev BMT komissiyasının 82-ci sessiyasının iştirakçılarına müraciət edib
-
Azərbaycanda 15 yaşlı qız dünyaya uşaq gətirdi
-
Bakıda avtomobillə motosiklet toqquşub, ölən var
-
Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsinin xərclərini dövlət qarşılayacaq













