ABŞ sazişdən imtina olunacağı təqdirdə İranı neft ixracından məhrum edəcək
Far.Az xəbər saytı

ABŞ sazişdən imtina olunacağı təqdirdə İranı neft ixracından məhrum edəcək


ABŞ administrasiyası İrana maksimum təzyiq göstərməyə və iki tərəfin Tehranın nüvə proqramı ilə bağlı razılığa gələ bilməyəcəyi təqdirdə İslam Respublikasını neft ixrac etmək imkanından məhrum etməyə hazırdır.

Far.Az "Report"a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp ər-Riyadda Səudiyyə-Amerika investisiya forumunda çıxış edərkən deyib. "Mən İranla müqavilə bağlamaq istəyirəm. İranla müqavilə bağlamağı bacarsam, buna çox sevinərəm, bölgənizi və bütün dünyanı daha təhlükəsiz bir yerə çevirəcəyik.

Ancaq İran rəhbərliyi bu zeytun budağını rədd etsə və qonşularına hücuma davam etsə, əvvəllər etdiyim kimi, İranın neft ixracını sıfıra çatdıraraq kütləvi maksimum təzyiq göstərməkdən başqa çarəmiz qalmayacaq. Bildiyiniz kimi, etdiklərimə görə praktiki iflas oldular", - Tramp deyib.

O, ABŞ-nin İrana nüvə silahı əldə etməməsi üçün bütün lazımi tədbirləri görəcəyini vurğulayıb: "İranın heç vaxt nüvə silahı olmayacaq".

Xatırladaq ki, ABŞ və İran artıq Tehranın nüvə proqramı inkişafını müzakirə edən dörd raund danışıq aparıblar. Görüşləri İranın xarici işlər naziri Abbas Əraqçi və ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff keçirib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər