Ağıla sığmayan üsulla QAÇAQMALÇILIQ
Ukraynadan yola çıxaraq Bolqarıstan üzərindən Türkiyəyə keçmək istəyən xarici nömrə nişanlı bir mikroavtobusun sürücüləri qeyri-adi üsulla qaçaq zinət əşyaları daşıyarkən yaxalanıb.
Far.Az haber global-a istinadən xəbər verir ki, kapitan Andreevo gömrük-keçid məntəqəsində Bolqarıstanı tərk etməyə çalışan mikroavtobusda aparılan yoxlama zamanı sürücü və ikinci sürücünün bədənində gizlədilmiş ümumilikdə 4 kilo 592 qram qaçaq qızıl zinət əşyası aşkar edilib.
Gömrük nəzarətinə gələn mikroavtobusda sürücü, ikinci sürücü və 7 sərnişin olub. Onların heç birinin bəyan ediləsi əşyalarının olmadığını bildirməsindən sonra nəqliyyat vasitəsi ətraflı yoxlamaya cəlb edilib. Şəxsi axtarış zamanı sürücü və köməkçisinin qarın nahiyəsində, cins şalvarın kəmər hissəsinin altında sarı metal əşyalar olan paketlər tapılıb.
İkinci sürücünün üzərində aşkar olunan paketlərdə 13 ədəd 24 karatlıq qızıl olmaqla ümumi çəkisi 3 kilo 680 qram, digər sürücünün üzərində isə 912 qram qızıl zinət əşyası müəyyən edilib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
"ABZASMEDiA"nın GÖRÜNMƏYƏN ÜZÜ: yarımmilyonluq qrant, qaçaq pullar, məxfi hesablar və s...
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub
-
Azərbaycan və Böyük Britaniya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
-
Tovuzda hamilə qadın bıçaqlanıb
-
COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib
-
Zelenski: Müharibənin əvvəlindən bəri ən böyük əsir mübadiləsi hazırlanır













