Səfərbərlik Xidmətinin avtobusu QƏZA TÖRƏTDİ - Hadisə yerindən GÖRÜNTÜLƏR
Yevlaxda yol-nəqliyyat hadisəsi baş verib, nəticədə beş nəfər xəsarət alıb. Onlardan biri kişi, biri uşaq, ikisi qadındır.
Far.Az "Teleqraf-a istinadən xəbər verir ki, qəza Bakı-Qazax avtomagistralının Yevlax rayonunun Yuxarı Nemətabad kəndi yaxınlığından keçən hissəsində qeydə alınıb.
Məlumata əsasən, "Niva" markalı minik avtomobili Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı Rayon Şöbəsinə məxsus avtobusla toqquşub. Hadisə zamanı xəsarət alan hər iki sürücü - 1985-ci il təvəllüdlü Ramiz Qarayev və 1974-cü il təvəllüdlü Söhrab Süleymanova, eyni zamanda bir azyaşlı uşağa yerindəcə tibbi yardım göstərilib.
Durumu daha ciddi olan 1977-ci il təvəllüdlü Yevlax rayon sakini Yeganə Süleymanova isə xəstəxanaya aparılıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, mayın 15-də saat 13:50-də 5 nəfər (4 qadın cinsli, 1 kişi cinsli) Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Məlumata görə, müxtəlif bədən xəsarətləri alan şəxslərin müayinələri davam etdirilir.
"Hazırda 1 nəfərin vəziyyəti orta ağır, 4 nəfərin vəziyyəti isə stabildir", - TƏBİB-dən bildirilib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Dövlət qurumlarına məxsus nəqliyyat vasitələri satışa çıxarılır - SİYAHI
Hərbi xidmətlə bağlı qanuna dəyişikliklər Ordunun müdafiə qabiliyyətini gücləndirəcək - ŞƏRH
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
AFFA Region Liqasına yeni formatda start verilib













