Naxçıvanda 31 il əvvəl şəhid olmuş əsgərin qarşılanma mərasimi keçirilib
Azərbaycan ordusunun 31 il öncə şəhid olmuş hərbi qulluqçusunun nəşi el-obasına gətirilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1994-cü ildə Birinci Qarabağ müharibəsində şəhid olmuş, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Dəmirçi kənd sakini Məmmədov Muxtar Bayram oğlunun nəşi işğaldan azad edilmiş ərazilərdə tapılaraq mayın 16-da Naxçıvana gətirilib.
Naxçıvan Beynəlxalq Hava Limanında şəhidin qarşılanma mərasimi olub. Mərasimdə dövlət və hökumət rəsmiləri, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, yaxınları, qazilər, şəhid ailələri və media nümayəndələri iştirak ediblər.
Şəhidin üçrəngli Azərbaycan bayrağına bükülmüş cənazəsi hərbçilərin müşayiəti ilə mərasim yerinə gətirilib. Tədbir iştirakçıları şəhidin xatirəsini dərin ehtiramla yad ediblər.
Mərasimdə yaylım atəşi açılıb, Qurandan ayələr oxunub və şəhidin cənazəsinin önündən keçilib.
Şəhid doğulduğu Sədərək rayonunun Dəmirçi kəndində vida mərasimi keçirildikdən sonra Şərur şəhidlər xiyabanında torpağa tapşırılacaq.
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Səbinə Əliyeva: Mina problemi fundamental insan hüquqlarının kobudcasına pozulmasıdır
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Zirə" minifutbol üzrə Çempionlar Liqasında mübarizəni dayandırıb
-
Kürdəmirdə 10 hektardan çox ərazidə quru otlaq sahəsi və ağaclar yanıb
-
Lənkəranda 3 yaşlı uşağa zorakılıq etməkdə təqsirləndirilən atalıq istintaqa təhvil verilib - YENİLƏNİB-2
-
"Formula 2" üzrə Azərbaycan Qran-prisində birinci əsas yarışın qalibi mükafatlandırılıb
-
Qaradağ rayonunda vulkan püskürüb
-
Zelenskinin Ofisi Trampın Moskvaya səfər təklifi ilə bağlı xəbərləri təkzib edib - YENİLƏNİB













