Şəmkirdə ət dükanlarının fəaliyyəti bərpa edilib - YENİLƏNİB
Şəmkir rayonunda ət dükanlarının fəaliyyəti bərpa edilib.
Far.Az report-a istinadən xəbər verir ki, Şəmkir Rayon İcra Hakimiyyətinin nəzarətə götürdüyü məsələ öz həllini tapıb.
Bu gün səhər saatlarından başlayaraq rayonda ət dükanlarının fəaliyyəti bərpa olunub.
Qeyd edək ki, Şəmkirdə ət kəsim mərkəzlərində qiymətlərin artırılması səbəbindən qəssablar son bir neçə gündə öz fəaliyyətlərini dayandırmışdılar.
*** 15.05.2025 18:28
Şəmkirdə qəssabların işləməməsi, ət dükanlarının bağlanması məsələləri araşdırılır.
Far.Az report-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə Şəmkir rayonunda ət dükanlarının bağlanması və satıcıların işi dayandırması ilə bağlı məlumatlar yayılıb.
Yerli sakinlərin iddiasına görə, ət kəsimi məntəqələrində xidmət haqlarının artırılması nəticəsində satıcılar fəaliyyətlərini dayandırıblar.
Əvvəllər iribuynuzlu heyvanların kəsimi üçün 18 manat, xırdabuynuzlu heyvanların kəsimi üçün isə 12 manat tələb olunduğu halda, bu məbləğin 25-30 manata qədər yüksəldiyi qeyd olunub.
Şəmkir Rayon İcra Hakimiyyətindən bildirilib ki, məsələ nəzarətə götürülüb, bu barədə tədbir görülür və sabahdan ət dükanlarının fəaliyyəti bərpa olunacaq.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Qurban bayramı ilə bağlı hazırlıq işləri davam edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
AFFA Region Liqasına yeni formatda start verilib
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır













