Varşavada gürcü kriminal avtoritet saxlanıldı - Üzərindən silah arsenalı çıxdı
Varşavanın mərkəzində Polşa polisi kriminal dairələrdə "qanuni oğru" kimi tanınan, ən çox axtarılan gürcü cinayətkarlardan birini saxlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə RMF FM radiostansiyası məlumat yayıb.
Əməliyyat Şredmestye (Śródmieście) rayonunda keçirilib. Saxlanılma zamanı onun üzərindən saxta pasport, yeddi ədəd odlu silah və 200-dən çox güllə aşkar edilib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, o, çox güman ki, silah tətbiqi tələb olunan təhlükəli tapşırığı yerinə yetirmək üçün Polşaya gedib. Onun müvəqqəti yaşadığı ünvanda aparılan axtarış zamanı polis narkotik vasitələr və avtomobil oğurluqları zamanı tez-tez istifadə olunan radiosiqnal basdırıcı qurğular da tapıb.
Saxlanılan şəxs Şərqi Avropadan kənarda kriminal aləmdə əsas fiqurlardan biri hesab olunur. Hazırda onun Polşaya gəlməkdə hansı məqsədləri güddüyü və səfərinin arxasında kimlərin dayandığı araşdırılır.
Bundan əvvəl "qanuni oğru" Nika Gagrinski (əsl adı Dqebuaadze) Rusiya tərəfindən federal axtarışa verilmişdi. O, Rusiya Cinayət Məcəlləsinin 210.1-ci maddəsi - cinayət iyerarxiyasında yüksək mövqe tutmaq ittihamı ilə axtarılır.
Xatırladaq ki, bir müddət əvvəl Taqanskı mütəşəkkil cinayət qrupunun işi üzrə təqsirləndirilən şəxslər barəsində də məhkəmə hökmü çıxarılmışdı.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Zərərçəkmiş Laçın sakini: İşğala qədər bizim kənd mütəmadi olaraq Ermənistan tərəfindən atəşə tutulurdu
"ABZASMEDiA"nın GÖRÜNMƏYƏN ÜZÜ: yarımmilyonluq qrant, qaçaq pullar, məxfi hesablar və s...
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.













