Azərbaycan neftinin qiyməti artıb
Far.Az xəbər saytı

Azərbaycan neftinin qiyməti artıb


Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,49 ABŞ dolları, yaxud 0,73 % artaraq 67,14 ABŞ dolları təşkil edib.

BAKU.WS xəbər verir ki, bu barədə Report-a neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin iyul fyuçerslərinin qiyməti 65,1 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftin bir barelinin qiyməti 0,46 ABŞ dolları və ya 0,7 % artaraq 65,86 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.

Oxşar xəbərlər

Vətən müharibəsinin başlamasından 4 il ötür
Azərbaycan neftinin qiyməti 65 dolları keçib
Azərbaycan neftinin qiyməti 79 dollara çatıb
Azərbaycan neftinin qiyməti 78 dollara yaxınlaşır
Azərbaycan neftinin qiyməti 68 dolları keçib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər