Bakıda piyadanı öldürən əcnəbiyə hökm oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsində piyadanın ölümünə səbəb olmaqda təqsirləndirilən Dağıstan vətəndaşı Elbrus Qəniyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə E.Qəniyev beş il azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
Xatırladaq ki, hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan dairəsi ərazisində baş verib.
Rusiya Federasiyası Dağıstan Respublikasının vətəndaşı Qəniyev Elbrus Ayvaroviç idarə etdiyi VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən yolu keçən Səbuhi Hüseynzadəni vurub. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı cinayət işi başlanıb.
Oxşar xəbərlər
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub













