Ərdoğan: Türkiyə Rusiya-Ukrayna danışıqlarının davam etdirilməsi üçün səy göstərəcək
Far.Az xəbər saytı

Ərdoğan: Türkiyə Rusiya-Ukrayna danışıqlarının davam etdirilməsi üçün səy göstərəcək


Türkiyə Rusiya və Ukrayna arasında danışıqların davam etdirilməsi üçün səy göstərəcək.

Far.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Albaniyadan qayıdarkən jurnalistlərə açıqlamasında bildirib.

"Biz tərəflər arasında danışıqların davam etdirilməsi və dialoq kanallarının açıq saxlanılması üçün səylərimizi əsirgəməyəcəyik", - o qeyd edib.

Xatırladaq ki, dünən Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbuldakı danışıqlarının nəticələrinə əsasən, Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski bir sıra məsələlərin müzakirə olunduğunu, xüsusilə Ukrayna tərəfinin iki ölkənin prezidentləri Volodimir Zelenski və Vladimir Putin arasında birbaşa danışıqların aparılmasını istədiyini bildirib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər