Putin və Tramp 2 saatdan çox telefonla danışıb
Far.Az xəbər saytı

Putin və Tramp 2 saatdan çox telefonla danışıb


ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında telefon danışığı 2 saatdan çox davam edib.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin özü amerikalı həmkarı Donald Trampla telefon danışığından sonra jurnalistlərə açıqlamasında bildirib.

Putin Trampla telefon danışığını məzmunlu, səmimi və çox faydalı adlandırıb.

***18:51

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı başlayıb.

Bu barədə "Reuters" agentliyi Ağ Evdəki vəzifəli şəxsə istinadən məlumat yayıb.

Qeyd edək ki, bu gün Tramp digər bir mühüm diplomatik əlaqə çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə də telefon danışığı aparıb. Ukrayna mediasının yaydığı xəbərə görə, sözügedən danışığın təfərrüatları ictimaiyyətə açıqlanmayıb. Lakin ekspertlər bu iki telefon əlaqəsini Vaşinqtonun Rusiya-Ukrayna münaqişəsi fonunda diplomatik fəallığını artırması kimi qiymətləndirirlər.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ağ Ev: Putin və Tramp arasında telefon danışığı başlayıb
Trampın Putin və Zelenski ilə söhbəti - regional və qlobal sülhə artan ümidlər - ŞƏRH
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər