Niger Trans-Sahara qaz kəmərinin imkanlarını qiymətləndirib
Far.Az xəbər saytı

Niger Trans-Sahara qaz kəmərinin imkanlarını qiymətləndirib


Gələcək Trans-Sahara qaz kəməri Avropa da daxil olmaqla beynəlxalq bazarı Əlcəzair, Niger və Nigeriyada hasil olunan qazla təmin edəcək.

“Far.Az” xəbər verir ki, bu barədə Nigerin Neft Nazirliyindən bildirilib.

"Trans-Sahara qaz kəməri Niger ərazisində 1 000 kmdən çox keçəcək və bu, Niger, Nigeriya və Əlcəzair arasında əməkdaşlıq çərçivəsində həyata keçiriləcək. Beləliklə, əvvəllər aparılan müzakirələr nəticəsində üç ölkənin nazirləri beynəlxalq bazarı bu üç ölkədən qazla təmin edəcək kəmərin həyata keçirilməsi ilə bağlı öhdəlik götürüblər", - karbohidrogenlər üzrə baş direktor Şaybu İbra Abdul Nasser bildirib.

Onun sözlərinə görə, artıq 2027-ci ilə qədər Trans-Sahara qaz kəməri Nigeriyanı Niger ərazisindən keçərək Əlcəzairlə birləşdirməlidir. Niger 23 milyard kubmetrdən çox qaz ehtiyatına malikdir.

"Təbii qazımız beynəlxalq bazara çıxdıqdan sonra böyük fayda əldə edəcəyik" - Abdul Nasser Nigerin Trans - Sahara qaz kəmərinin keçəcəyi ölkə olaraq da qazanc əldə edəcəyini bildirib.

Oxşar xəbərlər

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-1
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2 - FOTO
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər