Bir sıra lisey və gimnaziyalara qəbul prosesinə start verilir
2025-2026-cı tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən şagird qəbulu mərkəzləşdirilmiş imtahanla həyata keçirilən bir sıra lisey və gimnaziyalara qəbul prosesinə start verilir.
Bu barədə Far.Az-ə Təhsil İnstitutundan bildirilib ki,
Ərizə qəbulu iyunun 5-dən 20-dək aparılacaq. Bunun üçün valideyn (və ya qanuni nümayəndə) şəxsi kabinetində "Sorğu yerləşdir" bölməsinə daxil olaraq "Mərkəzi imtahanla qəbul" düyməsini sıxmaqla imtahanın keçiriləcəyi mərkəzi seçməlidir.
Qəbul yalnız 6-cı sinif şagirdləri üçün (7-ci sinfə qəbul) həyata keçiriləcək.
Şagirdlər əvvəlcə mərkəzləşdirilmiş qəbul imtahanında iştirak etməli, sonra isə topladıqları bala müvafiq olaraq təhsil almaq istədikləri lisey və ya gimnaziyaların seçimini aparmalıdırlar. İmtahan zamanı şagirdlərə tədris dili və riyazi təfəkkürü ölçən standart və qeyri-standart suallar təqdim ediləcək.
Mərkəzləşdirilmiş qaydada qəbul prosesi keçiriləcək lisey və gimnaziyaların siyahısı ilə buradan tanış ola, müəssisələr haqqında ətraflı məlumatı şagirdlərin elektron yerdəyişməsi portalında "Mərkəzi imtahanlı liseylər" bölməsindən əldə edə bilərsiniz.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
ABŞ HDQ-nin üçüncü təyyarədaşıyan gəmisi Yaxın Şərqə gəlib
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
-
Türkiyədə bir neçə ev yanıb, zərərçəkənlər var
-
Sabah Bakıda bu ərazilərdə su olmayacaq













