Bosfor Boğazı gəmilərin hərəkəti üçün tam bağlanıb
Türkiyədə, Bosfor Boğazından gəmilərin hərəkəti saat 08:00-da hər iki istiqamətdə müvəqqəti olaraq dayandırılıb.
Far.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb Osman Qazi üzən təbii qaz hasilat platformasının (FPU) keçididir.
Türkiyənin ilk üzən təbii qaz hasilat platforması (FPU) Osman Qazi İstanbulun fəthinin ildönümündə Boğazdan keçdikdən sonra Filyos limanına doğru yola düşüb.
Platformanın maksimal təbii qaz emal gücü 10,5 milyon kubmetr, maksimal qaz ötürmə gücü isə 10 milyon kubmetrdir.
Uzunluğu 298,5 metr, eni 56 metr və dərinliyi 29,5 metr olan platformada 140 nəfərlik heyət var.
Platformadan quruya olan magistral qaz xətti 161 kilometr uzunluğunda olacaq.
Platformada emal olunan təbii qaz bu xətt vasitəsilə quruya çatdırılacaq və istifadəyə hazır şəkildə milli şəbəkəyə veriləcək.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək













