İş adamı safari zamanı aslan hücumu nəticəsində həyatını itirib
Namibiyada səhrada yaşayan aslanların mühafizəsinə böyük maliyyə dəstəyi verən iş adamı Bernd Kebbel safari zamanı aslan hücumuna məruz qalaraq ölüb. Hadisə ölkənin şimal-qərbində yerləşən Kunene bölgəsində baş verib.
BAKU.WS haber global-a istinadən xəbər verir ki, 59 yaşlı alman iş adamı həyat yoldaşı Conny Kebbel və dostları ilə birlikdə Skeleton Coast yaxınlığındakı Hoanib düşərgəsi ərazisində kamp edirmiş.
Gecə saatlarında avtomobilin üzərində qurulmuş çadırda yatan həyat yoldaşını orada qoyaraq tualetə çıxan Kebbel, həmin vaxt dişi aslanın hücumuna tuş gəlib.
Namibiyanın Ətraf Mühit, Meşə Təsərrüfatı və Turizm Nazirliyi ilə polisin yaydığı məlumata görə, Kebbelin boyun nahiyəsindən aldığı dişləmə xəsarəti onun ölümünə səbəb olub.
Nazirliyin sözçüsü Ndeşipanda Hamunyela yerli mətbuata açıqlamasında hadisəni təsdiqləyərək, "Təəssüf ki, Bernd Kebbelin həyatını itirdiyini təsdiq edə bilərik," – deyə bildirib.
Polis sözçüsü İmmanuel İidua isə məsələ ilə bağlı "insan vəhşi təbiət konflikti" başlığı altında rəsmi araşdırmaya başlanıldığını açıqlayıb. O qeyd edib ki, digər kampçılar aslanı qovmağa cəhd göstərsələr də, Kebbelin aldığı ağır boyun xəsarəti onun həyatını xilas etməyə imkan verməyib.
Bernd Kebbel xüsusilə Namibiyada nəsli tükənmək təhlükəsi altında olan səhralıq aslanların qorunmasına verdiyi töhfələrlə tanınırdı. Hadisə, bu nadir növ aslanlarla insanların eyni mühitdə fəaliyyət göstərməsinin yaratdığı riskləri yenidən gündəmə gətirib.
Bəzi yerli media qurumları safari fəaliyyətlərinin xüsusilə təcrid olunmuş bölgələrdə daha ehtiyatlı və planlı şəkildə həyata keçirilməli olduğunu vurğulayır.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
"Global Media Group"un təşəbbüsü ilə ağacəkmə aksiyası keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb













