Pərviz Şahbazov: Üç günəş elektrik stansiyasının tikintisinə başlanılacaq
Far.Az xəbər saytı

Pərviz Şahbazov: Üç günəş elektrik stansiyasının tikintisinə başlanılacaq


Bu il 240 meqavat gücündə külək elektrik stansiyası istifadəyə veriləcək, 200 meqavat gücündə üç günəş elektrik stansiyasının tikintisinə başlanılacaq.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri energetika naziri Pərviz Şahbazov Bakı Enerji Forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, 2,7 milyard dollar investisiya dəyəri olan bu yaşıl enerji layihələrində bərpaolunan enerjinin payı 2027-ci ildə 33,7 faizə çatacaq.

"Planlarımız bu göstəricini 2030-cu ildə 38 faizə, 2035-ci ildə isə 42,5 faizə yüksəltməkdir. Növbəti 5 il ərzində quruda və dənizdə yaradılacaq 6 giqavatdan çox "yaşıl enerji gücü"nün 4 giqavatı ixraca yönəldiləcək. Həmçinin "yaşıl enerji zonası" - Naxçıvanın 6 giqavat bərpaolunan enerji potensialının ən azı 1 giqavatı ixrac ediləcək. Azərbaycan Prezidentinin yaşıl enerjinin tədarükü və transsərhəd ötürülməsində ölkəmizin aparıcı mövqeyini təmin etməyə yönəlmiş strateji baxışına uyğun olaraq, hazırda Xəzər hövzəsini, Mərkəzi Asiya, Türkiyə və Avropanı əhatə edən genişmiqyaslı "yaşıl enerji dəhliz"ləri layihələri həyata keçirilir. Bu dəhlizlər Avropaya gələcəkdə təkcə yaşıl enerji, hidrogen deyil, həm də fiber-optik kabellərlə data nəql edəcək", - deyə nazir bildirib.

Azərbaycanın yaşıl enerji vasitəsilə Xəzərin enerji mərkəzi kimi inkişafında tamamilə yeni bir strateji səhifə açdığını deyən energetika naziri növbəti iki il ərzində 10 günəş və külək elektrik stansiyasının istismara verilməsi ilə bərpaolunan enerjinin inkişafının birinci mərhələsinin tamamlanacağını qeyd edib.

Oxşar xəbərlər

2024-cü ilin BOEM reallığı: Azərbaycan "yaşıl enerji"nin inkişafı istiqamətində sıçrayış edir
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycanın ümumi elektrik enerjisi istehsalı gücü 8,4 min MVt-ı ötüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər