Naxçıvanda anasını öldürməkdə şübhəli bilinən şəxs tutulub
İyunun 4-də saat 20 radələrində Babək rayon Şəkərabad kənd sakini 1978-ci il təvəllüdlü Leyla Qoçəliyevanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
BAKU.WS xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası prokurorluğunun məlumatında bildirilib.
Qeyd edilib ki, araşdırmalarla Babək rayon Şəkərabad kənd sakini 2001-ci il təvəllüdlü Nihad Qoçəliyevin Leyla Qoçəliyevanı kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Nihad Qoçəliyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
Faktla bağlı Babək rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Məlumata görə, Leyla Qoçəliyeva Nihat Qoçəliyevin anasıdır.
Oxşar xəbərlər
Ali Məhkəmə qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsini açıqlayıb
Qaradağlı faciəsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub
Bakıda ərinin bıçaqladığı qadın iki gün sonra ölüb, cinayət işi başlanılıb - YENİLƏNİB
Rəşid Rəhimlə intim münasibətdə olmaq istədiyi üçün öldürülübmüş
Mingəçevirdə 21 yaşlı oğlan anasını öldürməkdə şübhəli bilinərək saxlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb
-
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
"Valensiya"nın ümumi borcu 592,8 milyon avroya çatıb













