Ronaldo milli komandada qol sayına görə Messi ilə fərqi artırdı
Far.Az xəbər saytı

Ronaldo milli komandada qol sayına görə Messi ilə fərqi artırdı


Kriştiano Ronaldo milli komandaların bombardiri siyahısında Lionel Messini üstələyib.

Far.Az xəbər verir ki, 40 yaşlı portuqaliyalı ötən gecə Portuqaliya millisinin heyətində 137-ci qolunu vurub.

Messinin isə Argentina millisində vurduğu qolların sayı 112-dir.

Milli komandaların bombardiri reytinqində idmançılar müvafiq olaraq birinci və ikinci yerləri bölüşürlər.

Xatırladaq ki, 2025-ci il Millətlər Liqasının yarımfinal mərhələsinin ilk oyununda Portuqaliya millisi Almaniyaya qalib gəlib. Münhendə "Allianz Arena"da keçirilən görüş 2:1 hesabı ilə başa çatıb. 48-ci dəqiqədə almaniyalı Florian Virtz hesabı açıb. 15 dəqiqə sonra Çiko Konseysao hesabı bərabərləşdirib, 5 dəqiqə sonra isə Kriştiano Ronaldo Portuqaliyanı hesabda irəli çıxarıb.

Qeyd edək ki, Portuqaliya finalda İspaniya - Fransa matçının qalibi ilə oynayacaq. Bu komandalar iyunun 5-də üz-üzə gələcək.Turnirin həlledici oyunu iyunun 8-də baş tutacaq.

Həmin gün Almaniya üçüncü yer uğrunda mübarizə aparacaq.

Oxşar xəbərlər

UEFA Millətlər Liqası: Azərbaycan yığması İsveçə məğlub olub - YENİLƏNİB - 7
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Millətlər Liqası: Azərbaycan yığması növbəti dəfə məğlub olub - YENİLƏNİB-8
Avropa Liqası: “Qarabağ” FCSB klubuna məğlub olaraq pley-off şansını itirib - YENİLƏNİB-7
UEFA Avropa Liqası: "Qarabağ" "Ayaks"a məğlub olub - VİDEO - YENİLƏNİB-8

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər