Cəlilabadda içərisində 6 nəfərin olduğu avtomobil KANALA AŞDI: Xəsarət alanların vəziyyətləri açıqlandı
Cəlilabadda avtomobilin kanala aşması nəticəsində xəsarət alanların vəziyyətləri açıqlanıb.
Far.Az Oxu.Az istinadən xəbər verir ki, Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
"İyunun 7-si saat 11:00-da yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan beş nəfər (ikisi kişi, üçü qadın cinsli olmaqla) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib. Xəsarət alan şəxslərin hazırkı vəziyyətləri stabil olaraq qiymətləndirilir", - məlumatda qeyd olunub.
*** 13:55
Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Far.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Uzuntəpə-Günəşli yolunda qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Ford" markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarındakı kanala aşıb. Qəza nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
TƏBİB-in tabeli tibb müəssisələrinin fəaliyyətinə dair növbəti müşavirə keçirilib
Bakıda "Oba" marketdə PARTLAYIŞ zamanı xəsarət alanların son vəziyyətləri açıqlandı
Tərtərdə ölümlə nəticələnən AĞIR QƏZA: Xəsarət alanların SON VƏZİYYƏTİ AÇIQLANDI
Cəlilabaddakı yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır
-
AFFA Region Liqasına yeni formatda start verilib
-
"İpək Yolu Sığorta" maliyyə vəziyyətini açıqlayıb
-
Qubada avtomobil aşıb, ölən və yaralılar var













