Bakıda "Miniboss Business School" şagirdləri arasında V Milli Startap Çempionatı keçirilir
Bakıda "Miniboss Business School Baku" şagirdləri arasında V Milli Startap Çempionatı başlayıb.
Far.Az report-a istinadən xəbər verir ki, tədbirdə 6-17 yaş arası uşaq və yeniyetmələr iştirak edirlər.
Çempionatda iki kateqoriya SIFE (Startups in Innovative Free Entrepreneurship - İnnovativ Azad Sahibkarlıqda Startaplar) və SAGE (Startups for the Advancement of a Global Environment - Qlobal Mühitin İnkişafı üçün Startaplar) üzrə 22 komanda mübarizə aparır.
İştirakçıların layihələri innovativlik, potensial gəlirlilik, mediada iştirak, eləcə də münsiflər heyətinin suallarına əsaslandırılmış cavab vermək bacarığı kimi meyarlar əsasında qiymətləndirilir.
SIFE kateqoriyası azad sahibkarlığın inkişafına, SAGE startapları isə davamlı inkişafa və ətraf mühitin mühafizəsinə yönəlib.
Təqdimatlardan sonra hər iki kateqoriya üzrə ən yüksək nəticə göstərən üç qalib komanda müəyyən ediləcək. Bundan əlavə, beş nominasiya – "Ən yaxşı performans", "Ən kreativ ideya", "Ən innovativ ideya", "Ən yaxşı məhsul dizaynı" və "Ən yaxşı brend adı" üzrə xüsusi mükafatlar təqdim olunacaq.
Qalereya
Oxşar xəbərlər
Gələcəyin sahibkarlarına dəstək: "Miniboss Biznes Məktəbi"nin 5-ci Startap Forumu baş tutdu
Alina Xələfova: "Startaplar üzrə milli çempionatda 22 komanda iki kateqoriyada çıxış edəcək"
Bakıda "MiniBoss Business School Baku"nun 5-ci Startap Forumu keçirilir
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
İstanbul hava limanında sərnişinin baqajından 12,8 kq narkotik aşkarlanıb
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb













