"Bank of Baku"nun əməkdaşları Xəzərin sahillərini tullantılardan təmizləyib
“Təbiətə Yaxın Bankçılıq” şüarı ilə təbiətə və onun qorunmasına töhfə verən "Bank of Baku" Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Xəzər sahillərinin tullantılardan təmizlənməsi aksiyasını həyata keçirib.
Xəzərin Bilgəh sahilində "Bank of Baku"nun əməkdaşları və ekokönüllülərin iştirak etdiyi layihədə 500 kq-dan çox plastik və digər məişət tullantıları toplanıb.
Layihənin həyata keçirilməsində əsas məqsəd Xəzərin sahil ərazilərini tullantılardan təmizləmək, ekoloji vəziyyətin yaxşılaşdırılmasına çalışmaqdır. Bank eyni zamanda COP29 ərəfəsində “Yaşıl dünya naminə həmrəy olaq” şüarını əsas götürərək ekoloji yönümlü layihələrin icrasını davam etdirməyi planlaşdırır. 30 ildir fəaliyyət göstərən “Bank of Baku” ümumilikdə 20 filial şəbəkəsi ilə 1 milyondan çox müştəriyə pərakəndə, kiçik və orta sahibkarlıq, eləcə də korporativ bankçılıq istiqamətlərində bank xidmətləri təklif edir.
Oxşar xəbərlər
Bank of Baku-nun əməkdaşları Xəzərin sahillərini tullantılardan təmizləyib
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib - YENİLƏNİB
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
COP29 Məlumat Mərkəzində “Ekoloji təmiz həyat tərzinə keçid” adlı tədbir keçirilib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Mbappe Fransa millisinin oyununu buraxacaq - Zidandan açıqlama
-
Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub
-
Yatmazdan əvvəl yeyilən ən zərərli qəlyanaltının adı açıqlandı
-
Azərbaycan və Böyük Britaniya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib













