Türkiyəli müğənni 79 yaşında vəfat etdi
Far.Az xəbər saytı

Türkiyəli müğənni 79 yaşında vəfat etdi


Türk Xalq musiqisinin sevilən ifaçılarından olan müğənni Mehmet Erenler vəfat edib. 

BAKU.WS xəbər verir ki, o, 79 yaşında dünyasını dəyişib. Sənətçinin hansı səbəbdən vəfat etdiyi açıqlanmayıb. 

Məlumat üçün bildirək ki, Mehmet Erenler 1946-cı ildə doğulub. O musiqiyə ilk dəfə 8 yaşında başlayıb. 

Uzun illər "TRT Ankara" və "İstanbul" radiolarında çalışıb. Mehmet Erenlerin  20-dən çox albomu var.

"Karpuz Kestim Yiyen Yok", "Değmen Benim Gamlı Yaslı Gönlüme" və "Bir Çift Turna Gördüm" kimi məşhur Xalq mahnılarının ifaçısı olub. 

Onun musiqiləri özündən sonra türk xalqına miras qalıb. 

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
2025-ci ilin ilk üç ayında sənət aləminin itirdiyi məşhurlar - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər