İndoneziyada vulkan püskürdü: Ən yüksək səviyyədə həyəcan siqnalı verildi
Far.Az xəbər saytı

İndoneziyada vulkan püskürdü: Ən yüksək səviyyədə həyəcan siqnalı verildi


İndoneziyanın Şərqi Nusa Tenggara vilayətində yerləşən Leotobi Laki-Laki vulkanında püskürmə baş verib. Bununla bağlı bölgədə ən yüksək səviyyədə xəbərdarlıq elan olunub.

Far.Az xəbər verir ki, İndoneziya Vulkanologiya və Geoloji Təbii Fəlakətlərin Azaldılması Mərkəzindən bildirilib ki, vulkanda güclü fəallıq müşahidə olunub.

Qurumun məlumatına görə, vulkan təxminən 10 min metr yüksəkliyə kül püskürüb. Vulkanın çıxardığı mantar formasında kül buludu 150 kilometr uzaqlıqdakı şəhərdən də görünüb.

Rəsmilər vulkanın 8 kilometr radiusundakı ərazini təhlükəli zona elan ediblər. Hazırda bölgədə həyəcan siqnalı maksimum səviyyədədir.

Hadisə nəticəsində ölən olmayıb.

Qeyd edək ki, İndoneziya "Sakit okean atəş halqası" adlanan zəlzələ və vulkan zonasında yerləşir. Ölkədə 130 aktiv vulkan mövcuddur.

Leuotobi Laki-Laki dağında 2024-cü ilin noyabrında baş verən püskürmədə 9 nəfər ölmüş, onlarla insan yaralanmışdı.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Etna vulkanı aktivləşib
Kuril adalarında yerləşən Ebeko vulkanı yenidən püskürüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər