Onlayn kredit götürmək istədi, qarşı tərəfin dələduzluğunun qurbanı oldu
Far.Az xəbər saytı

Onlayn kredit götürmək istədi, qarşı tərəfin dələduzluğunun qurbanı oldu


Onlayn kredit götürmək istəyən şəxsin başına iş gəlib.

Far.Az Xəzər TV-yə istinadən xəbər verir ki, paytaxt sakini Həsən Məmmədov iddia edir ki, ötən il sosial şəbəkələrin birindən tapdığı səhifəyə kredit üçün müraciət edib, bunun üçün onlara şəxsiyyət vəsiqəsinin şəklini də göndərib.

Lakin daha sonra Həsən Məmmədov onların dələduz olduğunu anlayaraq, vəsiqəsinin şəklini mesajlardan silib, lakin o, gözləmədiyi hadisə ilə qarşılaşıb.

Həsən Məmmədov bildirib ki, ona məxsus şəxsiyyət vəsiqəsi ilə səhifə sahibi tərəfindən digər şəxslərə qarşı dələduzluq edilib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin baş inspektoru, polis leytenantı Elbrus İbrahimov deyib ki, vətəndaş Həsən Məmmədovun müraciəti üzrə araşdırma aparılır.

Ətraflı süjetdə:

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər