Astarada qədim dövrə aid unikal memarlıq nümunəsi aşkar edilib
Astara rayonundakı Əlişa qalasında qədim dövrə aid unikal tikili aşkar edilib.
Far.Az report-a istinadən xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Antropologiya İnstitutunun ekpedisiyası heyəti Astara rayonunda işlərini davam etdirir.
Ekspedisiya qrupu 2025-ci il iyunun 2-dən etibarən, Alaşa kəndi ərazisində yerləşən Əlişa qalasında arxeoloji qazıntılar aparır. Ərazidə mühüm elmi əhəmiyyətə malik unikal memarlıq nümunəsi aşkarlanıb.
Ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent Mikayıl Mustafayev media nümayəndələrinə bildirib ki, qazıntılar zamanı qədim dövrə aid, yoncavari (quatrefoil) formada inşa edilmiş daş hovuz kompleksi üzə çıxarılıb:
"Bu memarlıq forması Azərbaycanda ilk dəfə sənədləşdirilmiş su sistemi kimi qiymətləndirilir. Hovuz kompleksi Lotos çiçəyi formasında olub, diametri təxminən 1,5 metrdir. Kompleksə daimi su axınını təmin edən daş su arxları və döşəməsi daş plitələrlə örtülmüş əlavə tikililər də daxildir.
Əldə edilən saxsı materiallar və tikinti texnikasına əsasən, bu kompleksin eramızdan əvvəl I əsr-eramızın III əsri aralığında inşa edildiyi ehtimal olunur. Struktura bitişik divar qalıqları və ərazinin qaya relyefi bu hovuzun qala daxilində yerləşən ritual və ya ictimai təyinatlı su qurğusu olduğunu göstərir.
Bu tip hovuz forması indiyədək yalnız Yaxın Şərq, İran və Aralıq dənizi sivilizasiyalarında qeydə alınıb. Onun ilk dəfə olaraq Azərbaycan ərazisində aşkarlanması ölkənin qədim memarlıq və mədəniyyət tarixinin tədqiqi baxımından mühüm elmi yenilik hesab olunur".
Hazırda arxeoloji qazıntı işləri davam etdirilir.
Oxşar xəbərlər
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Damcılı mağarasında mezolit dövrünə aid ilk insan heykəlciyi aşkarlanıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan və almaniyalı alimlər Ağstafada arxeoloji tədqiqatlar aparır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Dəfn pulu"nu almaq ASANLAŞDIRILIR
-
WSJ: ABŞ Dövlət Departamenti xaricdəki səfirliklərə Hörmüzlə bağlı yeni koalisiyanı təşviq etməyi tapşırıb
-
DİN qanunsuz silah saxlayanlara ÇAĞIRIŞ ETDİ
-
Azərbaycanda keçiriləcək Ümumdünya Ətraf Mühit Gününün tarixi məlum olub
-
WUF13-ə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin növbəti monitorinqi olacaq
-
Elvin Kazımov Tailandda muaytay yarışında birinci yerə çıxıb













