Azərbaycana xaricdən gətirilən avtomobillər BAHALAŞACAQ? - VACİB AÇIQLAMA
Yaxın Şərqdə İran və İsrail arasında artan gərginlik və hərbi toqquşma beynəlxalq ticarətə ciddi təsir göstərməkdədir.
Far.Az-in məlumatına görə, bu vəziyyət Azərbaycana Çin, BƏƏ və digər ölkələrdən idxal edilən avtomobillərin qiymətinə də birbaşa təsir edə bilər.
Hörmüz boğazı və yaxın ərazilərdə gərginlik artdıqca, dünyanın əsas ticarət yolları təhlükə altına düşür. Bu da həm dəniz daşımalarında, həm də karqo sığortalarında qiymət artımına səbəb olur.
Yaxın Şərqdə davam edən müharibə Azərbaycana gətirilən avtomobillərin qarşısını ala və ya qiymətlərə təsir edə bilərmi?
Nəqliyyat eksperti Eldəniz Cəfərov Far.Az-ə açıqlamasında bildirdi ki, Azərbaycana gətirilən avtomobillər üçün alternativ marşrutlar da mövcuddur:
"Qeyd edilən marşrutla Azərbaycana gətirilən avtomobillərin idxalında müəyyən ləngimələr var. Bu da aydın məsələdir ki, regionda müharibə gedir. Lakin bu vəziyyət Azərbaycana idxal olunan avtomobillərin bahalaşamasına səbəb olmayacaq.
Çünki alternativ marşrutlar da var. Azərbaycana Çin və Qazaxıstandan keçməklə ölkəmizə avtomobillər gətirilə bilər. Eyni zamanda Rusiya və Qara dəniz limanları vasitəsilə də ölkədə idxal gerçəkləşə bilər. Türkiyə və Gürcüstan vasitəsilə də ölkəmizə avtomobillər gətirilə bilər".
Orxan Hüseyn
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Biznes məqsədli avtomobillərin idxalında beynəlxalq təcrübə: Azərbaycanda mövcud vəziyyət - ARAŞDIRMA
Süveyş kanalındakı gərginliyin nəticələri və alternativ yollar – ŞƏRH
Hörmüz boğazı bağlanarsa, hansı ölkələr ziyan görəcək?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
İstanbul hava limanında sərnişinin baqajından 12,8 kq narkotik aşkarlanıb
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb













