Arayik Arutyunyan Azərbaycanın vaxtilə işğal edilmiş ərazilərindəki "bank" haqqında danışıb
İyunun 23-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arayik Harutyunyan Azərbaycanın vaxtilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qondarma qurumun "bank sistemi" barədə prokurun suallarını cavablandırıb.
Far.Az report-a istinadən xəbər verir ki, təqsirləndirilən şəxs özü də vaxtilə qondarma rejimdə fəaliyyət göstərən bank filiallarında çalışdığını bildirib. A.Harutyunyan qondarma rejimin əsas "bankı" kimi təqdim olunan "Artsaxbank"ın Ermənistan Respublikasının Mərkəzi Bankı tərəfindən qeydiyyatdan keçirilən "bank" olduğunu söyləyib. "Bank"ın qeydiyyat yeri Ermənistan paytaxtı olub. Lakin baş filialı həmin vaxt işğal altında olan Xankəndi şəhərində fəaliyyət göstərib. Həmin "bank"ın Azərbaycanın vaxtilə işğal altında olan digər ərazilərinin mərkəzi yerlərində də filialları olub.
"O bankın Ermənistanın digər bankları ilə müqayisədə heç bir üstünlüyü, imtiyazı yox idi", - deyə A.Harutyunyan əlavə edib.
Bundan başqa, vaxtilə işğal altında olan Azərbaycan ərazilərində Ermənistanın digər banklarının da filialları fəaliyyət göstərib. A.Harutyunyan filialların zərərlə işlədiyini də söyləyib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
Oxşar xəbərlər
Vaxtilə işğalda olan Azərbaycan ərazilərinin "Ermənistana birləşdirilməsi" niyyəti məhkəmədə ifşa olunub
Arayik Harutyunyan: Qondarma rejimdə "bank sistemi" Ermənistan Mərkəzi Bankı tərəfindən idarə olunurdu
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Levon Mnatsakanyan: Minalar Ermənistanda istehsal olunub Qarabağa gətirilirdi - MƏHKƏMƏ
Ermənistan vətəndaşından məhkəmədə etiraf
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır
-
AFFA Region Liqasına yeni formatda start verilib
-
"İpək Yolu Sığorta" maliyyə vəziyyətini açıqlayıb
-
Qubada avtomobil aşıb, ölən və yaralılar var













