Gips açıldıqdan sonra şoka düşübmüş - Günxanın ölümü ilə bağlı təfərrüat
Bir neçə ay əvvəl bağlanan "Azadlıq" partiyasının sədri Əhməd Orucun oğlu Günxanın qəfil ölümü ilə bağlı bəzi detallar üzə çıxıb.
Far.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, G.Oruc bir müddət əvvəl işlədiyi şirkətdə yıxılaraq çanaq sümüyündən xəsarət alıb.
Dostları bildiriblər ki, həmin vaxtdan Günxan Oruc müalicə alırmış və 20 gün əvvəl Mərkəzi Gömrük Hospitalında əməliyyat olunduqdan sonra ona gips qoyulub.
Dünən isə ailəsi Günxanı müayinə üçün həmin xəstəxanaya aparıb. Xəstəxanada həkim gipsi açıb və G.Oruc ayağını tərpədən kimi şok keçirib.
Şokun təsirindən huşu gedən gəncə ürək masajı olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Mərhumun 2 azyaşlı övladı qalıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
AFFA Region Liqasına yeni formatda start verilib
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub













