Ceyranbatanda küçə iti nənə və nəvəyə hücum edib, qadın xəstəxanalıq olub
Abşeron rayonunun Ceyranbatan qəsəbəsində küçə iti nənə və nəvəyə hücum edib.
Far.Az report-a istinadən xəbər verir ki, qəsəbə sakini Rəfiqə Hüseynova nəvəsi ilə birgə mağazaya gedərkən sahibsiz itin qəfil hücumuna məruz qalıb. Yaralanan qadın dərhal xəstəxanaya yerləşdirilib və ona quduzluq əleyhinə vaksin vurulub.
Hadisə ilə bağlı Ceyranbatan qəsəbəsi bələdiyyəsinə və ərazi nümayəndəliyinə müraciət olunub. Qurumdan bildirilib ki, sahibsiz itlərin toplanması ilə bağlı onlara maliyyə vəsaiti ayrılmadığı üçün bu sahədə tədbir görmək imkanları yoxdur.
Abşeron Rayon İcra Hakimiyyətindən isə vurğulanıb ki, sahibsiz heyvanların yığılması məqsədilə Sahibsiz İtlərə Qayğı Mərkəzləri rayon ərazisində sivil və humanist üsullarla tədbirlər görür. Belə ki, təhlükə yaradan itlər küçə və prospektlərdən xüsusi avtomobillərlə toplanaraq qayğı mərkəzinə aparılır. Hazırda proses davam etdirilir.
Qeyd edək ki, Abşeron rayonunda Sahibsiz Heyvanlara Qayğı Mərkəzinin yaradılması istiqamətində sənədləşmə işləri aparılır.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
Sülh əleyhinə və digər ağır cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb
-
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
-
"Valensiya"nın ümumi borcu 592,8 milyon avroya çatıb
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək













