Tramp Nobel Sülh Mükafatına namizəd göstərilib | Report.az
Far.Az xəbər saytı

Tramp Nobel Sülh Mükafatına namizəd göstərilib | Report.az


ABŞ Nümayəndələr Palatasının üzvü Baddi Karter ölkə prezidenti Donald Trampı Nobel Sülh Mükafatına namizəd göstərdiyini açıqlayıb.

Far.Az xəbər verir ki, bu barədə Karter sosial media hesabında yazıb.

"İsrail və İran arasında atəşkəsin əldə olunmasında, ikincinin planetin ən ölümcül silahlarına sahib olmasının qarşısının alınmasında onun tarixi rolunun tanınması üçün Donald Trampı Nobel Sülh Mükafatına namizəd göstərdim", - o qeyd edib.

Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Bir gün keçməmiş İran cavab hücumu həyata keçirib.

İyunun 23-ü axşam saatlarında Tehran ABŞ-nin Yaxın Şərqdəki ən böyük hərbi hava bazası olan Qətərdəki Əl-Udeydə raket zərbəsi endirib.

İyunun 24-ə keçən gecə ABŞ Prezidenti Donald Tramp İsrail və İran arasında atəşkəsin qüvvəyə mindiyini elan edib. İsrail bundan əvvəl İranın atəşkəsi pozaraq raketlər atdığını bəyan edib. İran Silahlı Qüvvələrinin Baş Qərargahı raket zərbəsi ilə bağlı məlumatı təkzib edib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan ictimaiyyəti Qorbaçovun Nobel Mükafatından məhrum olunmasını istəyir - AÇIQ MƏKTUB
Əhməd İsmayılov: "Rəqəmsal çağırışlara uyğunlaşmaq hüquqi və sosial yanaşmalar da tələb edir"
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər